Bilik Dəftəri · bilikdefteri.az

Bilik Dəftəri haqqında

Azərbaycan şagirdləri üçün pulsuz, açıq təhsil platforması — bilik hər kəs üçün əlçatan olsun.

200+ Şagird
62.4K+ Sual
2.2K+ Test
20 Müəllim
750+ Mövzu
910+ İşlənmiş test

Missiyamız

Bilik Dəftəri hər bir şagirdin — yaşadığı yerdən və imkanlarından asılı olmayaraq — keyfiyyətli təhsilə çıxışını təmin etmək üçün yaradılıb. Platforma 1–11-ci siniflər, abituriyent hazırlığı, MİQ imtahanı, sürücülük, kompüter və tibb kurslarını əhatə edir.

Platformada nələr var?

Video dərslər və konspektlər Mövzu-mövzu izahlar, çətin yerləri təkrar izlə.
Testlər və imtahan rejimi Öz sürətinlə məşq et, canlı imtahanlarda yarış.
QR ilə davamiyyət Gəliş-gediş avtomatik qeyd olunur, valideynə bildiriş gedir.
Səhvlər üzərində iş Səhv cavablar toplanır — düzəldib irəliləyirsən.
Turnir və reytinq Həftəlik yarışlarda XP, nişan və sertifikat.
Şəxsi analitika Güclü və zəif fənlərini gör, hədəf qoy.
Müəllimlə əlaqə Suallarını birbaşa müəlliminə yaz.
Valideyn nəzarəti Nəticə və davamiyyəti izləmək mümkündür.

Kimlər üçün?

1–11-ci sinif şagirdləri, abituriyentlər, MİQ imtahanına hazırlaşan müəllimlər, sürücülük, kompüter və tibb kurslarının iştirakçıları — və övladının təhsilini izləmək istəyən valideynlər üçün.

Pulsuz və kommersiya məqsədi olmadan

Platforma kommersiya məqsədi daşımır. İstifadə həmişə pulsuz olacaq — nə abunə, nə gizli ödəniş. Məqsədimiz bilikləri hamı üçün əlçatan etməkdir.

Yaradıcı

ƏV
Əliyev Vüsal Alxan oğlu
Layihənin müəllifi və developeri

Layihə Azərbaycanda, Masallı rayonunda hazırlanıb. Təklif və əməkdaşlıq üçün əlaqə səhifəsi vasitəsilə yazın.

Masallı rayonu